Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda COVİD pasportunun necə əldə olunacağı açıqlanıb

Azərbaycanda COVİD pasportunun necə əldə olunacağı açıqlanıb.

"Xalq qəzeti" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib ki, artıq ölkədə təxminən 10 faizə yaxın əhali vaksinasiyadan keçib: “Birinci sertifikat peyvəndləmə sertifikatıdır. İki doza vaksin vurduranlara e-gov.az portalında xüsusi vaksinasiya sertifikatı formalaşdırılır. Həmin sertifikata hər bir vətəndaşın “e-təbib” tətbiqi vasitəsilə çıxışı var. Eyni zamanda e-gov.az portalından da çap edib, kağız formasında özündə saxlaya bilər. İkincisi isə immunitet sertifikatıdır, bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Onlara müəyyən dövr ərzində vaksinasiya tətbiq olunmur, ona görə də immunitet sertifikatı da COVID pasportu hesab olunur. Hər iki sertifikatın üzərində QR kod mövcuddur. Bu da elektron yoxlama imkanı yaradır.

Beləliklə, vaksinasiya sertifikatı və immunitet sertifikatı – hər ikisi COVİD pasportu hesab olunur. Bunlardan birinin mövcudluğu ilə idman və sağlamlıq mərkəzlərinə girişə icazə veriləcək.

Gələcəkdə bu yanaşmanın konsert, kinoteatr, toylar, digər şənliklərə tətbiqi də nəzərdə tutulur. Qeyd olunanlara bunun nə zaman tətbiq olunacağı barədə isə məlumat veriləcək”.

25 May 2021 14:03 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə