Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağcabədi Suvarma Sistemləri İdarəsi 2021-ci il üçün AÇIQ TENDER ELAN EDİR

 

Tender 2 lot üzrə keçirilir.

Lot-1. Suvarma kanallarının mexanizmlərlə lildən təmizlənməsinin satın alınması.

Lot-2. 3 aqreqatlı Hindarx tərpənməz nasos stansiyasının təzyiqli boru xəttinin əsaslı təmiri işlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikiqat bağlamada yazılı sürətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşa­ğıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Maraqlananlar əsas şərtlər toplusunu hər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra əldə edə bilərlər.

İştirak haqqı hər lot üçün 100 manatdır.

İştirak haqqı heç bir halda geri qay­tarılmır.

İştirak haqqı köçürüldükdən sonra Azərbaycan dilində tərtib edilmiş əsas şərtlər toplusunu Ağcabədi şəhəri, N. Abdullayev küçəsi 4 nömrəli ün­vanda Ağcabədi Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs-Musa Bağırovdan, tel- 050-594-25-55, iş: 02127-5-51-20) ala bilərlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

Təşkilat- Ağcabədi SSİ

H/h- AZ58C­TRE00000000000002355401

VÖEN- 3400055401

Fond - 7

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

M/h- AZ­41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK: CTREAZ 22

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıl­dığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;

-müvafiq mallar üzrə mənşə və uy­ğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nusxədə (əsli və surəti) tərtib olunmalıdır. (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir.).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləçəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxa­rıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 21 iyun 2021-ci il saat 17.00-a, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 30 iyun 2021-ci il saat 17.00-a qədər, Ağcabədi Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarıla­caqdır.

İddiaçıların təklifləri 1 iyul 2021-ci il saat 16.00 -da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

19 May 2021 00:00 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyun 2021 | 00:28
BİLDİRİŞ
19 İyun 2021 | 00:58
BİLDİRİŞ
19 İyun 2021 | 00:56
ELAN
19 İyun 2021 | 00:56
BİLDİRİŞ
19 İyun 2021 | 00:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə