Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkir Suvarma Sistemləri İdarəsi ekskavatorla kanalların lildən təmizlənməsi işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

 

Tender 1 (bir ) lot üzrə keçiriləcəkdir.

Lot-4. Ekskavatorla kanalların lildən təmizlənməsi işlərinin satın alınması .

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imza­ları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanla­ra malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə işti­rak haqqını portalda asan ödəniş vasitəsilə köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı 100 manatdır.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs- Nəbiyeva Rəsmiyyə İsmayıl qızı.

Ünvan- Şəmkir rayonu, Yeni Həyat kəndi.

E-mail- [email protected]

Telefon- 050- 567- 14 -32

İştirak haqqının ödənilməsi yalnız “Asan Ödəniş” vasitəsilə həyata keçirilə bilər. İddiaçı­lar “Asan Ödəniş et” düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərlər.

Bank rekvizitləri-

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

• VÖEN- 1401555071

• Kod- 210005

• M h-AZ41NABZ01360100000000003944

S.W.İ.F.T- CTREAZ22

Təşkilat-Şəmkir Suvarma Sistemləri İdarəsi

• H h- AZ93CTRE00000000000002353801

• VÖEN- 8500224091

Əlavə qeyd- Şəmkir SSİ-nin xüsusi hesabı

Fond-3

BSK-142575

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox) qüvvədə olmalıdır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aidr yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklif və bank təminatı istisna olmaqla) 8 iyun 2021-ci il saat 11.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Təkliflər və bank təminatı 17 iyun 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim edilməlidir.

Təkliflərin açılışı 18 iyun 2021-ci il saat 11.00-da elektron portal vasitəsilə olacaqdır. İddiaçılar təkliflərin açılışının nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün prosedurlar elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

19 May 2021 02:08 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyun 2021 | 00:28
BİLDİRİŞ
19 İyun 2021 | 00:58
BİLDİRİŞ
19 İyun 2021 | 00:56
ELAN
19 İyun 2021 | 00:56
BİLDİRİŞ
19 İyun 2021 | 00:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə