Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hər şəhərin öz sözü var, hər sözün öz şəhəri

“Azərbaycan Prezidenti İlham Əliyev mayın 10 - da Naxçıva­na səfər etdi, səfərin yekunları ilə bağlı AzTV-yə müsahibə verdi. Bu səfərin dosta və düşmənə ismarıcları ilə xüsusi önəm daşıyan bir yönü də Naxçıvandakı hərbi potensialımız, 44 günlük Vətən müharibəsi, İrəvandakı “əvəzçıxma” çağırışları və Zəngəzur dəhlizi ilə bağlıdır”. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin eks­perti Əkbər Qoşalı dövlət başçısının muxtar respublikaya səfərinə münasibət bildirərkən dedi. Naxçıvandakı Ümumqoşun Əlahiddə Or­dunun yüksək döyüş hazırlığının danılmaz fakt olduğunu qeyd edən Ə.Qoşalı ordunun fəaliyyətini belə dəyərləndirdi:

 

– Qarabağı 30 ilə yaxın işğal altında saxlayan, işğalçılıq və terrorçuluğu dövlət siyasəti olaraq sabitləşdirmiş rəsmi İrəvanın “ikinci cəbhə” açmaq həvəsini məhz bu Əlahiddə Ordu, dövlətimizin iradəsi, qüdrəti boğub qursağında qoydu. Xüsusi statuslu hərbi vahid olan ordu, əlbəttə, NATO - nun çox mühüm üzvü olan qardaş Türkiyənin timsalında tam olaraq, həmin beynəlxalq təşkilatın standartlarına keçib.

Naxçıvanın müdafiə potensialı Ümumqoşun Əlahiddə Ordu ən çağ­daş silahlarla, hərbi texnika ilə təchiz edilib. Naxçıvandakı hərbi vahidimiz, muxtar respublikaya diş qıcamaq istəyən Ermənistanın ordusunda rast gəlinməyən hərbi texnikalarla çoxdan komplektləşdirilib.

Əkbər Qoşalı müzəffər ordunun Ali Baş Komandanının Naxçıvanda verdiyi ismarıclardan söz açarkən, “Azərbaycan ərazisində Dağlıq Qara­bağ adlı ərazi vahidi yoxdur” – isma­rıcının “dəmir yumruğ”un yaratmış olduğu yeni gerçəkliyin parlaq ifadəsi kimi dəyərləndirdi.

– Bu, ismarıc qalib Azərbaycanın qırmızı cizgisinin özünəxas ifadəsidir. “Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qayta­rılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumu­zu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, – zərrə qədər, – onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”. – Müzəffər Ali Baş Komandanın bu açıq, birmənalı, əsaslı xəbərdarlığı Ermənistanın yaxın - uzaq havadarlarını da düşünməyə dəvət edir. Prezident rəsmi Ottava və rəsmi Parisə öz əsassız mövqelərindən əl çəkmələri üçün nə lazımdırsa, dedi.

Bütün cavab və çağırışlardan sonra Zəngəzur dəhlizi ilə bağlı deyilən sözlər də təsbit xarakteri ilə seçilir. Zəngəzur dəhlizi, bir başqa deyilişlə, “Turan Yolu” Zəngilanla Naxçıvanı ayıran 40 kilo­metrlik bir ərazidir. Prezident Zəngəzur haqqında yalnız dəhliz dəyərində da­nışmır, tarixi Azərbaycan torpağı olaraq danışır. Zəngəzur artıq siyasi leksionu­muzda sabitləşib və bu sabitlik xarici tərəfdaşları, beynəlxalq aləmi də bizim həqiqətlərə dəvət edir. Bəli, Zəngəzur yalnız dəhliz darlığında deyil, tarix və gələcək böyüklüyündədir.

Həmsöhbətim Prezidentin Naxçı­van səfərindən sonra Bakıda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul etməsinə də münasibət bildirdi:

– Rusiya məlum üçtərəfli bəyanatın bir tərəfidir. Rusiya sülhməramlı məsuliyyət daşıyır. Ermənistan isə əvəzçıxmadan danışır, Şuşa və Hadrutu öz ağıllarınca “seçki məlziməsi” hesab edir, Zəngəzur dəhlizi ilə bağlı işlərin sürətlənməsi üçün əməli addımlar atmır və s. Ermənistanın bu dələduzluğu, ar­xayınlığı hansı sülhmərama əsaslanır? Əslində, Ermənistanın arxayınlığı boş, yersiz, mənasız arxayınlıqdır. Və bunu özləri çox keçmədən anlayacaqlar.

Üçtərəfli bəyənatların digər tərəfi – Azərbaycan isə qalib ədası deyil, qalib ləyaqəti göstərir. Üçtərəfli bəyanatın digər tərəfləri də öz üzərlərinə düşən hüquqi, mənəvi, siyasi, iqtisadi – hər növ öhdəlikləri ləyaqətlə yerinə yetirməlidirlər.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

19 May 2021 01:09 -
17 İyun 2021 | 18:09
Sabahın HAVA PROQNOZU
12 İyun 2021 | 16:00
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə