Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 145 Bakı şəhəri, 8 may 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin “Hərbi nəqliyyat vəzifəsi haqqın­da Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 4 aprel tarixli 96 nömrəli, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Res­publikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2014-cü il 9 iyun tarixli 187 nömrəli, “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentli­yi tərəfindən malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olun­muş tələblərə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 9 iyun tarixli 188 nömrəli, “Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunlu­ğunun qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 6 may tarixli 185 nömrəli, “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə bağlı bəzi normativ hüquqi aktla­rın təsdiq edilməsi haqqında” 2016-cı il 27 okt­yabr tarixli 420 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Stan­dartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanu­nunun tətbiqi barədə” 2019-cu il 12 iyul tarixli 780 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin və “Tex­niki tənzimləmə haqqında” Azərbaycan Respublika­sının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 26 noyabr ta­rixli 863 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2006, № 4, maddə 366; 2012, № 12, maddə 1367; 2017, № 4, maddə 620) ilə təsdiq edilmiş “Azərbaycan Ordusuna, Azərbaycan Respublikası­nın qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi nəqliyyat vasitələrinin səfərbərlik ha­zırlığını və texniki sazlığını təmin edən tədbirlərin və məcburi tələblərin siyahıları, habelə uçot və he­sabat sənədlərinin Nümunələri”nin 2.7-ci bəndində “şərtlərinə” sözü “sənədlərinə” sözü ilə əvəz edilsin.

2. “Ölçmələrin vəhdətinin təmin edilməsi haq­qında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2014-cü il 9 iyun tarixli 187 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2014, № 6, maddə 741; 2017, № 12 (II kitab), maddə 2528; 2018, № 8, maddə 1816; 2021, № 2, maddə 192) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş 7 nömrəli əlavə - “Standart nümunələrin və ya ölçmə vasitələrinin tipi­nin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi, bu barədə sertifikatın verilməsi, ölçmə vasitələrinin yoxlamalararası intervalının müəyyən edilməsi və dəyişdirilməsi qaydası, standart nümunələrin və ölçmə vasitələrinin tipini təsdiq edən nişanlara dair tələblər və həmin nişanların vurulma Qaydası” üzrə:

2.1.1. 1.4.1-ci yarımbənd ləğv edilsin;

2.1.2. həmin Qaydaya 1 və 2 nömrəli əlavələrdə “standartların və texniki şərtlərin işarəsi” sözləri “tex­niki normativ hüquqi aktların rekvizitləri” sözləri ilə, “Normativ sənədlər” sözləri “Texniki normativ hüqu­qi aktlar” sözləri ilə, “əsas, o cümlədən” sözləri “əsas texniki normativ hüquqi aktlar, həmçinin” sözləri ilə və “normativ sənədin tələblərinə uyğunluğu” sözləri “texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;

2.1.3. həmin Qaydaya 3 nömrəli əlavənin 5-ci hissəsində “texniki şərtin, digər normativ sənədin adı və işarəsi” sözləri “texniki normativ hüquqi ak­tın rekvizitləri” sözləri ilə əvəz edilsin və “Akta əlavələr” hissəsinin 2-ci bəndində “texniki sənədlərin (texniki tapşırığın və texniki şərtlərin)” sözləri “tex­niki tapşırığın və texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş 11 nömrəli əlavə - “Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi Qaydası və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair Tələblər”in 3.9.1-ci yarımbəndindən “və stan­dartların” sözləri çıxarılsın.

3. “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə, metroloji qayda və nor­malara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 188 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2014, № 6, maddə 742; 2016, № 12, maddə 2224; 2017, № 9, maddə 1762; 2018, № 8, maddə 1817, № 11, maddə 2448) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adından və ikinci abzasdan “malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə,” sözləri çıxarılsın;

3.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarı­na Nəzarət Dövlət Agentliyi tərəfindən malların (xidmətlərin, işlərin) müvafiq standartda, texni­ki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə, metroloji qayda və nor­malara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası” üzrə:

3.2.1. adından “malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə,” sözləri çıxarılsın;

3.2.2. 1.1-ci bənddən “Standartlaşdırma haqqın­da,” və “malların (xidmətlərin, işlərin) müvafiq stan­dartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə,” sözləri çıxarılsın;

3.2.3. 1.3-cü bənddən “müvafiq standartda, tex­niki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə və” sözləri çıxarılsın;

3.2.4. 1.5-ci bənddən “və ya qüsurlarının aradan qaldırılması mümkün olmayan malların (xidmətlərin, işlərin) istehsalının və ya satışa buraxılmasının” sözləri çıxarılsın;

3.2.5. 2.1.1-ci, 2.2.5-ci, 3.1.1-3.1.7-ci, 3.2.6.1-ci yarımbəndlər və 3.3-cü bənd ləğv edilsin;

3.2.6. 2.4-cü bənddən “və ya malların (xidmətlərin, işlərin) istehsalının və ya satışa buraxıl­masının” sözləri çıxarılsın;

3.2.7. 3.8-ci bənddə “3.1-3.7-ci” sözləri “3.1-ci, 3.2-ci, 3.4-3.7-ci” sözləri ilə əvəz edilsin;

3.2.8. həmin Qaydanın 1 nömrəli əlavəsindən “(təsərrüfat fəaliyyətinin obyekti olan malın, xidmətin, işin adı)” sözləri çıxarılsın;

3.2.9. həmin Qaydaya 2 nömrəli əlavə ləğv edil­sin.

4. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2016-cı il 6 may tarixli 185 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2016, № 5, maddə 945; 2018, № 8, maddə 1817) ilə təsdiq edilmiş “Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi Qayda-ları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərdə “müvafiq standartda, texniki reqlamentdə” sözləri “bu Qayda­da” sözləri ilə əvəz edilsin;

4.2. 7.4-cü bənd ləğv edilsin.

5. “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə bağlı bəzi normativ hü­quqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 okt­yabr tarixli 420 nömrəli Qərarında (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1737; 2018, № 11, maddə 2439; 2019, № 3, maddə 524; 2020, № 12 (V kitab), maddə 1580) aşa­ğıdakı dəyişikliklər edilsin:

5.1. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Satınalan təşkilatlarla “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanı­lan Müqavilə”nin 2.1.2-ci yarımbəndindən və 5.2-ci bəndindən “texniki reqlamentlər və” sözləri çıxarıl­sın;

5.2. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin 5.1-ci və 5.3-cü bəndlərindən “texniki reqlamentlər və” sözləri çıxarılsın.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə