Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın nəzəri Azərbaycanın mədəniyyət paytaxtına dikilib

Uzun illərdən sonra Şuşada keçirilən “Xarıbülbül” festivalı dün­yanın diqqətini yenidən Azərbaycana cəlb etdi. Bu musiqi festivalı təkcə Azərbaycan xalqının mədəniyyət bayramı kimi dəyərləndirilməməlidir. Həm də bir daha dünyaya sübut etdik ki, Azərbaycan xalqının erməni faşizmi üzərindəki zəfəri sülhə və barışa bir töhfədir.

Belə bir deyim var: “Mədəniyyət və incəsənət sərhəd tanımır”. Uzun əsrlərdir ki, Azərbaycanda yaşayan müxtəlif xalqla­rın yaratmış olduğu folklor nümunələrinin, musiqi nömrələrinin festivalın proqramına daxil edilməsi xalqımızın zəngin multikultral dəyərlərini və ölkəmizin tolerantlıq nümunəsi olmasını bir daha dünyaya nümayiş etdirdi.

Tarix boyu Azərbaycan və türk xalqlarına qarşı nifrət təbliğ edən monoetnik Ermənistan bu gün dünyada yeganə ölkədir ki, ərazisində ancaq etnik ermənilər yaşayırlar. Bu mənada, beynəlxalq ictimaiyyət, eləcə də beynəlxalq təşkilatlar nəhayət, başa düşməlidirlər ki, təcavüzkar Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı bu ərazilər terrorçuluğun, silah qaçaqmalçılığının, narkoticarətin və mütəşəkkil cinayətkarlığın mərkəzi idi. Bu cinayətkar mühit isə nəinki Azərbaycana, eyni zamanda, bəşəriyyətə ciddi təhlükə idi.

Məhz müzəffər ordumuzun qüdrəti və Prezident, Ali Baş Komandan İlham Əliyevin cəsarəti ilə bəşəriyyət bu qlobal təhlükədən, erməni faşizmindən xilas oldu. İndi həmin əraziləri müxtəlif xalqların musiqi sədaları öz ağuşuna alıb.

Hazırda Şuşada aparılan abadlıq-quruculuq işləri hər birimizdə əminlik yaradır ki, tezliklə bu şəhər ən mötəbər beynəlxalq səviyyəli mədəniyyət tədbirlərinə evsahibliyi edəcək və beynəlxalq aləmdə mədəniyyət mərkəzinə çevriləcək.

Fürsətdən istifadə edərək, seçicilərim adından hər zaman beynəlxalq səviyyəli humanitar və mədəniyyət tədbirləri ilə ölkəmizi və xalqımızı dünyada tanıdan və Şuşada keçirilən “Xarıbülbül” festivalının təşkilatçısı Heydər Əliyev Fonduna və onun rəhbərinə təşəkkürümü bildirirəm.

Məlahət İBRAHİMQIZI,

Milli Məclisin deputatı,

YAP Nəsimi rayon təşkilatının sədri

19 May 2021 00:20 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə