Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 914 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Xalq qəzeti"nə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 727, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 187 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 834 657, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 042 781, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 791 876 təşkil edir.

18 May 2021 17:31 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə