Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda son sutkada 432 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Xalq qəzeti"nə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 330701 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 316439 nəfər müalicə olunaraq sağalıb, 4802 nəfər vəfat edib, aktiv xəstə sayı 9460 nəfərdir.

Ölkədə son sutka ərzində 11 116, hazırkı dövrədək isə 3 404 046 test aparılıb.

18 May 2021 17:05 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə