Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniyada yaşayan azərbaycanlılar etiraz aksiya keçirib

Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman–Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü ilə Bonn şəhərində BMT-nin qərargahı önündə Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməməsinə etiraz əlaməti olaraq aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Xalq qəzeti"nə verilən məlumatına görə, Alman–Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmov bildirib ki, pandemiya məhdudiyyətlərinə uyğun şəkildə təşkil edilən aksiyada soydaşlarımızla yanaşı, Bonn Beynəlxalq Konversiya Mərkəzinin (“Bonn International Center for Conversion”) nümayəndələri də iştirak ediblər.

Aksiya zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırılan minaların təhlükə mənbəyi olduğunu əks etdirən plakatlar nümayiş etdirilib, yerli sakinlərə məlumatlandırıcı flayerlər paylanılıb.

Tədbir BMT-nin qərargahına bəyannamənin təqdim olunması ilə yekunlaşıb.

Bəyannamədə minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməsi üçün Ermənistan hökumətinə təzyiq göstərilməsi tələb edilib.

18 May 2021 14:30 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə