Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabahın HAVA PROQNOZU

Mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, 8-13 m/s-dək güclənəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 19-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Mayın 19-da gündüz Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

18 May 2021 18:10 - EKOLOGİYA
EKOLOGİYA
19 İyun 2021 | 16:10
Sabahın HAVA PROQNOZU
17 İyun 2021 | 16:48
Güclü külək əsəcək
10 İyun 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
9 İyun 2021 | 18:13
Sabahın HAVA PROQNOZU
8 İyun 2021 | 18:02
Sabahın HAVA PROQNOZU
7 İyun 2021 | 18:10
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə