Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il ƏƏSMN-nin fəaliyyət sahələri üzrə 220 min e-arayış verilib

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib.

 

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə əhaliyə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində Nazirlik tərəfindən son iki ildə 30-dək e-arayış xidməti yaradılıb. Bununla da vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta, əlillik, sosial təminat növləri, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları hər hansı quruma müraciət etmədən, real vaxt rejimində e-qaydada əldə edə bilmək imkanı əldə edib.

18 May 2021 12:41 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
27 Noyabr 2021 | 18:04
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə