Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gürcüstanın Dmanisi rayonunda azərbaycanlı sahibkara məxsus mağazanın qarşısında həmin şəxsə, eləcə də digər azərbaycanlı gənclərə hücum edilməsi nəticəsində baş vermiş kütləvi dava ilə bağlı Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya müraciət edib.

Ombudsman Aparatından "Xalq qəzeti"nə verilən məlumata görə, Səbinə Əliyeva hadisəni etnik qruplar arasında münaqişəyə çevirmək cəhdlərinin təəssüf və narahatlıq doğurduğunu bildirib.

 

Azərbaycan və Gürcüstanın strateji tərəfdaş olduğunu qeyd edən Ombudsman məsələnin müvafiq orqanlar tərəfindən araşdırılması üçün zəruri tədbirlər görüləcəyinə inamını ifadə edib.

S.Əliyeva vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün gürcüstanlı həmkarını bu məsələni nəzarətdə saxlamağa çağırıb.

18 May 2021 09:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə