Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz Rayon İcra Hakimiyyəti 2021-ci ildə Tovuz rayonunda mənzil fondunun əsaslı təmiri işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

 

Tovuz rayonunda mənzil fondunun əsaslı təmiri işlərinin yerinə yetirilməsi müddəti ilin axırına qədərdir.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalan­mış şəkildə www.tender.gov. az. portalı vasitəsilə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçı­ları lazımi maliyyə və texniki imkanla­ra malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 60 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən he­saba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Tovuz şəhəri, İstiqlal küçəsi 2 nömrəli ünvanda, Tovuz Rayon İcra Hakimiyyətindən və yaxud www.tender.gov.az. portalından (əlaqələndirici şəxs-Məmmədov Mübariz Məmməd oğlundan, telefon- 055-614-47-97) əldə edə bilərlər.

İştirak haqqı heç bir halda geri qayta­rılmır.

Təşkilat-Tovuz Rayon İcra Hakimiyyəti

H/h- AZ03C­TRE00000000000002513531

VÖEN-7300145781

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

Kod-210005

VÖEN-1401555071

M/h- AZ­41NABZ01360100000000003944

S.W.İ.F.T CTREAZ22

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri www.tender. gov.az. portalı vasitəsilə təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haq­qında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satı­nalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə işti­rak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna ol­maqla) 7 iyun 2021-ci il saat 11.00-a, ten­der təklifi və bank zəmanətini isə 16 iyun 2021-ci il saat 17.00-a qədər www.tender.gov.az. portalında yerləşdirməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilən sənədlər etibarsız hesab olunacaqdır.

İddiaçıların təklifləri 17 iyun 2021-ci il saat 11.00-da elektron portal vasitəsilə açılacaqdır.

İddiaçılar tenderin nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Bu barədə məlumat www.tender.gov.az. internet saytında yerləşdirilmişdir.

18 May 2021 03:16 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyun 2021 | 00:28
BİLDİRİŞ
19 İyun 2021 | 00:58
BİLDİRİŞ
19 İyun 2021 | 00:56
ELAN
19 İyun 2021 | 00:56
BİLDİRİŞ
19 İyun 2021 | 00:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə