Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Şəhər Baş Səhiyyə İdarəsi tabeliyindəki müəssisələrdə liftlərə texniki xidmət göstərilməsinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

 

 

Tender iştirakçıları dövlət satınalmalarının www.etender.gov.az vahid internet portalı­na (portal) elekton imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə edə bilərlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ana­loji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkan­lara malik olmalıdırlar. Malların təchizatı, iş və xidmətlərin yerinə yetirilməsi cədvəli hər ay müəyyən edilmiş və 2021-ci il dekabrın 30-na kimi nəzərdə tutulmuşdur.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs – Xanlar Hüseynov, telefon – 012 – 595- 38 -28

Ünvan – Bakı, M. Mirqasımov küçəsi 1A, Bakı Şəhər Baş Səhiyyə İdarəsi.

Tenderdə iştirak etmək istəyənlər aşağıda­kı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 150 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarıl­mır.

ADI- MNDXA-nın 8 saylı Xəzinədarlıq İdarəsi

VÖEN – 1401555071

Kod – 210005

M/h – AZ­41NABZ01360100000000003944

S.W.İ.F.T BİK: CTREAZ22

H/h – AZ54C­TRE00000000000002128202

VÖEN – 1400125591

Kitab – 002736

Fond – 7

Büdcə təsnifatının kodu –142330

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).

3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır).

4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

4.1 Vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış.

4.2 İddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

4.3 Maliyyə vəziyyəti haqqında bank arayışı.

4.4 İddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqın­da məlumat.

4.5 İddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydada təsdiq edilmiş surətləri.

4.6 Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovu olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırıl­mış şəxs olmaması haqqında arayış.

4.7 İddiaçının bank rekvizitləri, tam adı, hüquqi statusu (sahibkarlıq subyekti) .

Sənədlər Azərbaycan dilində tərtib olunmalı (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir) və portala yüklənməlidir. İddiaçılar tenderlə bağ­lı sualları yalnız portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 3 iyun 2021-ci il saat 10.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 11 iyun 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təkliflərinin açılışı 14 iyun 2021-ci il saat 10.00-da dövlət satınalmaları­nın vahid internet portalında aparılacaqdır.

QEYD – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedur­lar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

18 May 2021 01:40 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyun 2021 | 00:28
BİLDİRİŞ
19 İyun 2021 | 00:58
BİLDİRİŞ
19 İyun 2021 | 00:56
ELAN
19 İyun 2021 | 00:56
BİLDİRİŞ
19 İyun 2021 | 00:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə