Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qax Rayon İcra Hakimiyyəti yolların əsaslı təmirinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

 

 

Tender 1 lot üzrə keçirilir.

Lot -1. Qax şəhərinin Cavanşir, F.X.Xoyski, İbrahim Abdullayev, İ.Qabulov, M.Maqomayev, N.Tusi, İ.Nəsimi, S.Pişəvəri və X.Ağamirov küçələrində, o cümlədən Ü.Hacıbəyov küçəsində yerləşən 1-ci döngədə yol və səkilərin təmirinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imza­ları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstün­lük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunlu­ğu. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını dövlət satınal­malarının vahid internet portalına (portal) elektron və asan imzalarla daxil olub “Asan ödəniş” vasitəsilə aşağıda göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs- Tağıyev Elbrus Ramiz oğlu.

Ünvan- Qax şəhəri, Azərbaycan prospekti 32.

E-mail: [email protected]

Tel- iş 0242553392

İştirak haqqı 200 (iki yüz ) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Dövlət Xəzinədarlığı Agentliyi

Kod -210005

VÖEN- 1401555071

M/h- AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK CTREAZ22

H/h-AZ89CTRE00000000000002510431

VÖEN- 4300015071

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tender təklifi (tender təklifləri zərflərin açıl­dığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.

Bu sənədlərə aşağıdakılar daxildir:

--malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

--iddiaçıların son bir ildəki fəaliyyəti haqqında (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

–iddiaçıların son bir il ərzində (fəaliyyətinin dayandırıldığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsilə müəyyənləşdirilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;

- iddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə sənəd.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir.) İddiaçılar tenderlə bağlı sual­ları portal vasitəsilə satınalınan təşkilata ünvanla­ya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 8 iyun 2021-ci il saat 11.00-a, tender təklifi və bank təminatı sənədlərini isə 17 iyun 2021-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçının təklifləri 18 iyun 2021-ci il saat 11.00-da açılaçaqdır.

İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yal­nız elektron qaydada portal vasitəsilə aparılır.

E-şərtlər toplusunu 17 may 2021-ci il saat 17.00-dan sonra əldə etmək olar.

Tender komissiyası

18 May 2021 01:06 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyun 2021 | 00:28
BİLDİRİŞ
19 İyun 2021 | 00:58
BİLDİRİŞ
19 İyun 2021 | 00:56
ELAN
19 İyun 2021 | 00:56
BİLDİRİŞ
19 İyun 2021 | 00:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə