Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 142 Bakı şəhəri, 8 may 2021-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2009-cu il 5 fevral tarixli 22 nömrəli, “Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 8 noyabr tarixli 439 nömrəli və “İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması Qaydası”nın və “Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 17 dekabr tarixli 478 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 12 iyul tarixli 780 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanının
1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 145; 2016, № 4, maddə 812; 2018, № 5, maddə 1106; 2019, № 1, maddə 160, № 3, maddə 515; 2020, № 10, maddə 1281) ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin 12.2-ci bəndində “standartlara” sözü “tələblərə” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 noyabr tarixli 439 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1859) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması Qaydası”nın 2.2-ci bəndində “dövlət standartları ilə” sözləri “texniki normativ hüquqi aktlarla” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 478 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2062) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması Qaydası”nın 7.2.6.1-ci yarımbəndinə “dövlət” sözündən əvvəl “texniki reqlamentləri və” sözləri əlavə edilsin.


Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə