Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 141 Bakı şəhəri, 8 may 2021-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydala­rının təsdiq edilməsi haqqında” 2000-ci il 1 may tarixli 78 nömrəli, “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” 2003-cü il 28 fevral tarixli 34 nömrəli, “Nərə cinsli balıq ehtiyatlarının istifadəsi və dövriyyəsinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 9 noyabr tarixli 206 nömrəli, “Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların təhlükəsizlik və keyfiyyət göstəricilərinin Siyahısı”nın və “Qanın, qan komponentlərinin və onlardan ha­zırlanan preparatların təhlükəsizlik və keyfiyyət göstəricilərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 fevral tarixli 34 nömrəli, “Mülki və eksperimental hava gəmilərində daşınmasına icazə verilə bilən hərbi avadanlığın (ləvazimatların) siyahısı”nın təsdiq edilməsi barədə” 2009-cu il 30 yanvar tarixli 15 nömrəli və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2009-cu il 10 iyul tarixli 106 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarix­li 1587-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 12 iyul tarixli 780 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2000, № 5, maddə 359; 2005, № 1, maddə 49, № 9, maddə 855; 2015, № 1, maddə 67; 2016, № 12, maddə 2225; 2018, № 4, maddə 801; 2019, № 12, maddə 2082) ilə təsdiq edilmiş “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nın 3.23-cü bəndində “standartların” sözü “texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 149; 2019, № 4, maddə 746) ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınal­ma müqaviləsinin nümunəsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 7-ci hissə üzrə:

2.1.1. adında “Standartlar” sözü “Mallara və xidmətlərə dair tələblər” sözləri ilə əvəz edilsin;

2.1.2. birinci cümlədə “standartla­ra, bu cür standartlar” sözləri “keyfiyyət xüsusiyyətlərinə, bu cür xüsusiyyətlər” sözləri ilə, “qüvvədə olan standartlara” sözləri “qüvvədə olan texniki reqlamentlərə və (və ya) standartlara” sözləri ilə, ikinci cümlədə “stan­dartlara” sözü “keyfiyyət xüsusiyyətlərinə” sözləri ilə əvəz edilsin;

2.2. 9.2-ci bəndin birinci abzasının ikinci cümləsində “standartlara” sözü “texniki nor­mativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 206 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1066; 2006, № 9, maddə 814; 2014, № 11, maddə 1512; 2019, № 12, maddə 2101) ilə təsdiq edilmiş “Nərə cinsli balıq ehtiyatları­nın istifadəsi və dövriyyəsinin tənzimlənməsi Qaydaları”nın 5.1-ci bəndinin dördüncü abzasında “dövlət standartlarının, norma və qaydalarının” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2006-cı il 6 fevral tarixli 34 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2006, № 2, maddə 183) ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların təhlükəsizlik və keyfiyyət göstəricilərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.3-cü bəndin ikinci abzasın­da “tələblər və ya standartlardan” sözləri “tələblərdən” sözü ilə əvəz edilsin.

4.2. 9.1-ci bəndin birinci cümləsində “standartlara” sözü “normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2009-cu il 30 yanvar tarixli 15 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 35; 2019, № 1, maddə 160) ilə təsdiq edilmiş “Mülki və eksperimental hava gəmilərində da­şın-masına icazə verilə bilən hərbi avadanlığın (ləvazimatların) siyahısı”nın 5.1-ci bəndinin birinci cümləsində “qüvvədə olan standart və texniki şərtlərə” sözləri “texniki normativ hüquqi aktlara” sözləri ilə, ikinci cümləsində “standart və texniki şərtlərin” sözləri “texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2009-cu il 10 iyul tarixli 106 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2009, № 7, maddə 603; 2014, № 1, maddə 69, № 2, maddə 201; 2016, № 5, maddə 955; 2018, № 9, maddə 1938) ilə təsdiq edilmiş “Təşkilatlar tərəfindən səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi və həmin tapşırıqların (sifarişlərin) maddi-texniki ehtiyatlarla təmin edilməsinə dair müqavilələrin bağlanması Qaydası”nın 2.1-ci bəndində “standartlara, texniki şərtlərə” sözləri “texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə