Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 140 Bakı şəhəri, 8 may 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” 1993-cü il 1 iyul tarixli 343 nömrəli, “Avtomatlaşdırma və idarəetmə sistemlərinin sazlanması və texniki xidmət üzrə “Şelfneftqazavtoma­tika” Mərkəzinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” 1996-cı il 2 aprel tarixli 43 nömrəli, “Dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial-informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar, standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli stan­dartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların və standartlaşdırma üzrə göstərilən normativ sənədlərin dövlət fondunun yaradılması Qaydaları haqqın­da” 1997-ci il 28 mart tarixli 25 nömrəli və “Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırma­ya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standart­ların, norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yaradılması, saxlanılması və aparılması qay­daları haqqında” 1997-ci il 20 oktyabr tarixli 121 nömrəli qərarlarının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarix­li 1587-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 12 iyul tarixli 780 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respubli­kasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli Qərarı ləğv edilsin.

2. “Avtomatlaşdırma və idarəetmə sistemlərinin sazlanması və texniki xidmət üzrə “Şelfneftqazavtomatika” Mərkəzinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 2 aprel tarixli 43 nömrəli Qərarı ləğv edilsin.

3. “Dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial-informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar, standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların və standartlaşdır­ma üzrə göstərilən normativ sənədlərin dövlət fondunun yaradılması Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 28 mart tarixli 25 nömrəli Qərarı ləğv edilsin.

4. “Azərbaycan Respublikasının qüvvədə olan dövlət stan-dartlarının, standartlaşdır­maya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standart­ların, norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yara­dılması, saxlanılması və aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli 121 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 4, maddə 337; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32; 2018, № 8, maddə 1817) ləğv edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə