Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 139 Bakı şəhəri, 8 may 2021-ci il

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış siste­minin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya re­surslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasi­ya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 fevral tarixli 1288 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 1, maddə 29; 2013, № 8, maddələr 999, 1033; 2014, № 5, maddə 561, № 6, maddə 747; 2016, № 8, maddə 1453, № 9, maddə 1585; 2017, № 1, maddə 122, № 5, maddə 963, № 10, maddə 1880, № 11, maddə 2185; 2018, № 3, maddə 616, № 11, maddə 2449; 2019, № 1, maddə 163, № 12, maddə 2070; 2020, № 8, maddə 1132) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın 4.4.2.3-cü yarımbəndinə “barədə məlumatlar” sözlərindən sonra “, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsində müəyyən edilmiş qaydada olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə