Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 132 Bakı şəhəri, 7 may 2021-ci il

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturu­nun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi, strukturuna daxil olan və daxil olmayan tabeliyindəki qurumların fəaliyyətində paralelliyin aradan qaldırılması, effektiv tənzimləmə sisteminin qu­rulması, göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, elm, istehsal və xidmət sahəsində fəaliyyətin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struk­turuna daxil olmayan tabeliyindəki Beyləqan, Gəncə, Kürdəmir, Quba, Lənkəran, Salyan, Şəki və Tərtər Regional Aqrar Elm və İnnovasiya mərkəzlərinin əsasında Aqrar Təlim Mərkəzi yaradılsın və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (bundan sonra - Agentlik) tabeliyinə verilsin.

2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struk­turuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının, Dəmir yolunda Dövlət Baytar­lıq İdarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi yaradılsın və Agentliyin tabeliyinə verilsin.

3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struk­turuna daxil olmayan tabeliyindəki Respublika Bitki Mühafizəsi Mərkəzinin, Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin və Cəngi pestisid poliqonunun əsasında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi yaradılsın və Agentliyin tabeliyinə verilsin.

4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struk­turuna daxil olmayan tabeliyindəki Abşeron, Bərdə, Göygöl, Quba, Lənkəran, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucar Regional Aqrokimya laboratoriyaları Agentliyin tabeliyində olan Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinə birləşdirilsin.

5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struk­turuna daxil olmayan tabeliyindəki 3-cü Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens Laboratoriyası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilsin.

6. Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodu “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyinə verilsin.

7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struktu­runa daxil olmayan tabeliyindəki “Kənd həyatı” qəzetinin redaksiyası­nın adı dəyişdirilərək, “Aqroinfo” qəzetinin redaksiyası adlandırılsın.

8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struktu­runa daxil olmayan tabeliyindəki “Azərbaycan Aqrar Elmi” jurnalının redaksiyası və “Aqroinfo” qəzetinin redaksiyası Azərbaycan Respub­likası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin tabeliyinə verilsin.

9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struktu­runa daxil olmayan tabeliyindəki Aqrar Elm və İnnovasiya Mərkəzinin adı dəyişdirilərək, Aqrar İnnovasiya Mərkəzi adlandırılsın.

10. Müəyyən edilsin ki, yeni yaradılan qurumların saxlanılma­sı üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

11. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

11.1. bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrinə əsasən yaradılan qurumların, habelə Laboratoriya, Ekspertiza və Sertifikatlaşdır­ma Mərkəzinin əsasnamələrini (nizamnamələrini), strukturlarını və birləşdirilən qurumların işçilərinin say həddi daxilində ştat cədvəllərini təsdiq etsin;

11.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İq­tisadiyyat Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2745; 2019, № 3, maddə 524, № 8, maddə 1483; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 dekabr tarixli 485 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struk­turuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

12.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Büdcədən maliyyəşdirilən qurumlar

1.1. Aqrar İnnovasiya Mərkəzi;

1.2. Baytarlıq Elmi-Tədqiqat İnstitutu;

1.3. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu;

1.4. Əkinçilik Elmi-Tədqiqat İnstitutu;

1.5. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu;

1.6. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu;

1.7. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu;

1.8. Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanası;

1.9. Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi;

1.10. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanın­da Aqrar Xidmətlər Agentliyinin tabeliyindəki qurumlar:

1.10.1. Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi;

1.10.2. Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi;

1.10.3. Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi;

1.10.4. Aqrar Təlim Mərkəzi.”;

12.2. 2.7 - 2.10-cu bəndlər ləğv edilsin;

12.3. 2.11-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.12-ci bənd əlavə edilsin:

“2.12. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ya­nında Aqrar Xidmətlər Agentliyinin tabeliyindəki Təchizat Bazası.”;

12.4. 3-cü hissənin adında “Publik” sözü “Digər” sözü ilə əvəz edilsin;

12.5. 3.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.3-cü bənd əlavə edilsin:

“3.3. Azərbaycan Dövlət Aqrar Universiteti.”.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə