Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 144 Bakı şəhəri, 8 may 2021-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnsan alveri qurban­larının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın təsdiq edilməsi barədə” 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli, “Taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2009-cu il 10 sentyabr tarixli 136 nömrəli, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli, “Malların təkrar idxal gömrük prosedu­ru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 12 oktyabr tarixli 229 nömrəli, “Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 315 nömrəli və “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 3 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarix­li 1587-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 12 iyul tarixli 780 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 735; 2013, № 7, maddə 887; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın 3.1.4-cü yarımbəndinin dördüncü abzasında “müvafiq standartlara” sözləri “əməyin mühafizəsi norma və qayda­larına” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2009-cu il 10 sentyabr tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 740; 2014, № 2, maddə 201, № 7, maddə 944; 2016, № 5, maddə 955, № 12, maddə 2228; 2018, № 2, maddə 337, № 7, maddə 1647, № 8, maddə 1817; 2019, № 12, maddə 2101) ilə təsdiq edilmiş “Taxıl məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 2.2.1-ci yarımbəndi ləğv edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 746; 2014, № 8, maddə 1013; 2017, № 5, maddə 981, № 9, maddə 1752; 2018, № 9, maddə 1921, № 11, maddə 2448, № 12 (II kitab), maddə 2722; 2019, № 1, maddə 161, № 12, maddə 2094; 2020, № 9, maddə 1239; Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2021-ci il 22 aprel tarixli 108 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.15-ci bənddə “dövlət standartlarına və Azərbaycan Respublikasının qanunveri­ciliyi ilə müəyyən edilmiş tələblərə” sözləri “texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;

3.2. 3.32-ci bəndin birinci cümləsində “Dövlət standartları ilə markalanma zamanı netto və ya brutto çəkisinin” sözləri “Mar­kalanma zamanı netto və brutto çəkinin göstərilməsi ilə bağlı texniki normativ hüquqi aktlarla” sözləri ilə əvəz edilsin;

3.3. 3.37-ci bəndin birinci abzasında “dövlət standartlarına və ya texniki şərtlərə” sözləri “texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;

3.4. 6.9-cu bəndin ikinci abzasın­da “dövlət standartları, qaydaları və normativlərinin” sözləri “texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

3.5. 13.3-cü bəndin birinci abzasında “dövlət standartlarının, texniki və gigiyenik şərtlərin” sözləri “texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

3.6. 17.7-ci bəndin birinci cümləsi aşağı­dakı redaksiyada verilsin:

“Yükgöndərən daşıyıcıya tezkorlanan yükləri onların keyfiyyətinə və qablaşdırıl­masına dair texniki normativ hüquqi aktlarla müəyyən edilən tələblərə cavab verən vəziyyətdə təqdim etməlidir.”;

3.7. 17.8.23-cü yarımbəndin ikinci cümləsində “dövlət standart-larına və sani­tariya-gigiyena” sözləri “texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

3.8. 36.1-ci bəndin birinci cümləsində “dövlət standartlarına və texniki şərtlərə” sözləri “texniki normativ hüquqi aktlara” sözləri ilə, ikinci cümləsində “dövlət stan­dartları” sözləri “texniki normativ hüquqi aktlar” sözləri ilə əvəz edilsin;

3.9. 41.1.4-cü yarımbənddə “dövlət stan­dartlarına” sözləri “texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1011; 2015, № 5, maddə 644) ilə təsdiq edil­miş “Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 2.3-cü bəndindən “standartlarla və” sözləri çıxa­rılsın və həmin bəndə “normativ” sözündən sonra “hüquqi” sözü əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 315 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1379; 2019, № 1, maddə 163, № 7, maddə 1333; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 aprel tarixli 92 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nın 3.3-cü bəndində “müəyyən edilmiş” sözləri “beynəlxalq” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2019, № 1, maddələr 164, 167) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 4.7-ci bəndində “ölkədaxili və beynəlxalq tələb, standart, norma və prose-durlara” sözləri “beynəlxalq tələb, standart, norma və prosedurlara, Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə