Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 143 Bakı şəhəri, 8 may 2021-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin “Azərbaycan Respublikasının kiçik həcmli gəmilər üzrə Dövlət Müfəttişliyinin məsələləri haqqında” 1993-cü il 1 oktyabr tarixli 527 nömrəli, “Azərbaycan Respub­likası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin Əsasnaməsi, Mərkəzi aparatının strukturu və respublika dövlət arxivləri şəbəkəsi haqqında” 1994-cü il 11 mart tarixli 107 nömrəli, “Azərbaycan Respubli­kası DİN-nin Müəssisədənkənar Mühafizə xidmətinin Əsasnaməsi haqqında” 1994-cü il 17 may tarixli 197 nömrəli, “Azərbaycan Respublikasında poçt xidməti məqsədi ilə nəqliyyat vasitələrindən istifadə Qaydala­rının təsdiq edilməsi haqqında” 1998-ci il 20 aprel tarixli 90 nömrəli və “Hidromete­orologiya və təbii mühitin monitorinqi üzrə normativ hüquqi aktlar barədə” 1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarix­li 1587-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 12 iyul tarixli 780 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının kiçik həcmli gəmilər üzrə Dövlət Müfəttişliyinin məsələləri haqqında” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 1993-cü il 1 oktyabr tarixli 527 nömrəli Qərarında aşağı­dakı dəyişikliklər edilsin:

1.1. adında “kiçik həcmli gəmilər üzrə Dövlət Müfəttişliyinin” sözləri “Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikası Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarətində olan gəmilərin, onların dayanması üçün baza­ların (qurğuların) qeydiyyatı, uçotu, texniki nəzarəti və gəmi-sürənlərin bu gəmiləri idarə etmək hüququ üçün attestasiya Qaydaları”nın 28-ci və 33-cü hissələrindən “standartlarına,” sözü çıxarılsın.

2. “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin Əsasnaməsi, Mərkəzi aparatının strukturu və respublika dövlət arxivləri şəbəkəsi haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 1994-cü il 11 mart tarixli 107 nömrəli Qərarının 1-ci və 2-ci hissələri ləğv edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 may tarix­li 197 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə xidməti haq­qında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5-ci hissə üzrə:

3.1.1. dördüncü abzasda “qaydaların, norma və standartların” sözləri “normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin və həmin abzasdan “, texniki şərtlərin” sözləri çıxarılsın;

3.1.2. altıncı abzasda “vasitələrinin dövlət standartları kompleksinin yaradılma­sının təşkil olunması” sözləri “vasitələrinə dair texniki normativ hüquqi aktların qəbul edilməsi ilə bağlı məsələ qaldırılması” sözləri ilə əvəz edilsin;

3.1.3. səkkizinci abzasdan “və onların standartlaşdırılması” sözləri çıxarılsın;

3.2. 6-cı hissənin ikinci abzasında “qaydaların, norma və standartların” sözləri “normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 20 aprel tarixli 90 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 298; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 736; 2018, № 8, maddə 1817) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında poçt xidməti məqsədi ilə nəqliyyat vasitələrindən istifadə Qaydaları”nın 2.1-ci bəndinin birinci cümləsindən “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilmiş standarta uyğun” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 1998, № 12, maddə 804; 2005, № 1, maddə 49; 2014, № 1, maddə 57; 2017, № 4, maddə 627) ilə təsdiq edilmiş “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyatına və onların mənbəyi barədə sertifikatların verilməsinə dair Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2-ci hissənin ikinci abzasının ikinci cümləsində “Komitə” sözü “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri ilə əvəz edilsin;

5.2. 3-cü hissədə “mövcud standartlara” sözləri “texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə