Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günüdür

Beynəlxalq Telekommunikasiya İttifaqının 2006-cı ildə qəbul etdiyi qərara əsasən mayın 17-si Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.

 

"Xalq qəzeti" xəbər verir ki, bu günün əlamətdar olması ilk Beynəlxalq Teleqraf Konvensiyasının imzalanması ilə Beynəlxalq Telekommunikasiya İttifaqının yaranmasının 1865-ci il mayın 17-nə təsadüf etməsi ilə bağlıdır. “World Telecommunication & Information Society Day” (“WTISD 2021”) - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanların səviyyəsinin yüksəldilməsi, rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin artırılmasına kömək etməkdir.

 

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunu “Çətin dövrlərdə rəqəmsal dəyişikliklərin sürətləndirilməsi” (“Accelerating digital transformation in challenging times”) təşkil edir.

17 May 2021 17:49 - TEXNİKA
TEXNİKA
20 İyun 2021 | 00:37
“Porsche”də nasazlıq

Köhnə versiyamızdan xəbərləri izlə