Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, eyni zamanda, təlimlərin planına uyğun olaraq, ərazinin kəşfi nəticəsində əldə edilən məlumatlar əsasında maket üzərində tapşırıqlar, qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Nazir qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

17 May 2021 15:59 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə