Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluq Binəqədi rayonunda baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb

Mayın 17-də saat 07 radələrində paytaxtın Binəqədi rayon sakini, 1981-ci il təvəllüdlü Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin olunub, digər zəruri prosessual hərəkətlər həyata keçirilib.

Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

17 May 2021 15:22 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə