Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin deputatları Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edəcəklər

Milli Məclisin deputatları Emin Hacıyev və Nigar Arpadarai MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının 16-cı iclasının tədbirlərində iştirak etmək üçün mayın 18-dən 22-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Xalq qəzeti"nə  bildiriblər ki, Parlamentlərarası Gənclər Assambleyasının iclasında Emin Hacıyevin, “Gənclərin seçki prosesində iştirakı: MDB PA-nın üzv dövlətlərinin təcrübəsi” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransda isə Nigar Arpadarainin çıxışları nəzərdə tutulub.

17 May 2021 12:46 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə