Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tələbələrə “STEAM Azerbaijan” layihəsi barədə məlumat verilib

Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Kibertəhlükəsizlik” layihəsinin bir qrup iştirakçısı “STEAM Azerbaijan” layihəsi ilə tanışlıq məqsədilə təlimdə olub.

İnstitutdan "Xalq qəzeti"nə verilən məlumata görə, təlimdə iştirak edən 21 tələbəyə STEAM konsepsiyası, humanoid robotlar, CNC Laser aparatları, Micro:bit və Arduino kimi kitlər barədə məlumat verilib.

Təlimin təşkilində əsas məqsəd tələbələr tərəfindən hər iki layihə üçün maraq doğuracaq təkliflərin hazırlanması olub.

Qeyd edək ki, Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Kibertəhlükəsizlik” təlim layihəsi kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib. “STEAM Azerbaijan” layihəsi Təhsil Nazirliyi tərəfindən başladılıb və Təhsil İnstitutu tərəfindən icra olunur.

17 May 2021 12:24 - TEXNİKA
TEXNİKA
20 İyun 2021 | 00:37
“Porsche”də nasazlıq

Köhnə versiyamızdan xəbərləri izlə