Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazası Publik Hüquqi Şəxsi

2021-ci ildə “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter”, “Ford Transit”, “Fiat Doblo” markalı təcili yardım avtomobilləri üçün diaqnostika, ehtiyat hissələrinin bərpası, kondisionerlərin təmiri və doldurulması, xətdə texniki xidmət işlərinin və daşınma (evakuator) xidmətinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

 

Tender 2 (iki) lot üzrə keçirilir.

Lot -1. “Mercedes-Benz Vito” , “Mercedes-Benz Sprinter”, “Ford Transit”, “Fiat Doblo” markalı avtomaşınlar üçün diaqnostika, ehtiyat hissələrinin bərpası, xətdə texniki xidmət işlərinin satın alınması.

Lot -2. Daşınma (evakuator) xidmətinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, Dövlət satınaımalarının https://www.eten­der.gov.az/ vahid internet portalına asan login vasitəsilə (elektron imza və ya asan imza) daxil ola və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə edə bilərlər.

İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesab­lamalıdırlar.

Üstünlük veriləcək meyarlar:

- ən sərfəli qiymət,yüksək keyfiyyət, “Mercedes-Benz”, “Ford”, “Fiat” şirkətləri tərəfindən istifadəyə icazəli diaqnostik proqram təchizatı, 24/7 saatlıq xətdə texniki xidmət və daşınma xidməti işləri sahəsində peşəkarlıq, maliyyə imkanları və malların qrafikə uyğun təhvili.

Potensial imkanları olan iddiaçılar aşa­ğıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı lot-1 üçün 200 manat, lot-2 üçün isə 100 manatdır.

Bank - “Kapital Bank” ASC-nin 28 May filialı

Kod- 200123

VÖEN- 9900003611

M/h- AZ­37NABZ01350100000000001944

S.W.I.F.T. AIIBAZ2X

Təşkilat-Təcili Yardım Avtobazası Publik Hüquqi Şəxsi

H/h-AZ71AIIB36015019440801568112

VÖEN - 1500247381

Tenderdə iştirak üçün iddiaçılar aşağıda­kı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazı­lı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, te­lefon nömrəsi,rəhbərin adı və soyadı göstərilməklə imzalanıb möhürlənmiş olmalıdır);

-iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (tender proseduru keçi­rildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçiril­diyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir);

-bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

-Azərbaycan Respublikasında vergilərə və digər ölənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqın­da arayış;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti);

-müqavilənin yerinə yetirilməsi təminatı 2 faiz (iddiaçının təklifi 100000 ABŞ dolları manat ekvivalentindən çox olarsa);

-müvafiq mallar və xidmətlər üzrə mənşə və üyğunluq sertifikatları.

Tenderdə iştirak üçün iddiaçılar ixti­sas göstəricilərinə aid yuxarıda göstərilən sənədləri 10 iyun 2021-ci il saat 12.00-a, tender təklifi ilə bank təminatını isə 21 iyun 2021-ci il saat 12.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 22 iyun 2021-ci il saat 12.00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanu­nuna uyğun olaraq keçiriləcəkdir.

Tender komissiyası

17 May 2021 00:34 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyun 2021 | 00:28
BİLDİRİŞ
19 İyun 2021 | 00:58
BİLDİRİŞ
19 İyun 2021 | 00:56
ELAN
19 İyun 2021 | 00:56
BİLDİRİŞ
19 İyun 2021 | 00:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə