Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı cüdoçu Amerika çempionu olub

ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilmiş cüdo üzrə Amerika çempionatında soydaşımız Zaur Cəlil (Azərtürk) 73 kq çəkidə birinci yeri tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, bu, qızıl medala layiq görülən soydaşımızın cüdo üzrə Amerika çempionatında üçüncü qələbəsidir. Bundan öncə Zaur iki dəfə Amerika çempionatının yüksək kürsüsünə qalxıb. Təltif olunma mərasimində Zaur Cəlil bildirib ki, qələbəni doğma Azərbaycan xalqına və işğaldan azad edilmiş Qarabağa həsr edir.

Qeyd edək ki, Amerika çempionu olan soydaşımız Nyu-York şəhərində yaşayır. 1998-ci ildən ABŞ-da yaşayan, "Nyu-York Azərbaycan Mədəniyyət Mərkəzi"nin prezidenti Telman Cəlilovun övladıdır. Zaur 2006-cı ildən indiyədək müxtəlif ştatlarda keçirilən yarışların çempionu olub, çoxsaylı medal və kuboklarla təltif edilib. Zəfər çaldığı bütün yarışlarda Azərbaycan bayrağına bürünərək azərbaycanlı olduğunu fəxrlə nümayiş etdirir.

16 May 2021 20:49 - İDMAN
İDMAN
20 İyun 2021 | 00:35
Dünyanın ən populyar adamı
19 İyun 2021 | 01:02
UEFA-nın açıqlaması
19 İyun 2021 | 00:42
Hollandiya pley-offda

Köhnə versiyamızdan xəbərləri izlə