Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il sərxoşluq hallarının müəyyənləşdirilməsi ilə bağlı 14329 nəfər yoxlanılıb

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 14329 nəfər istiqamətləndirilib.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından "Xalq qəzeti"nə verilən məlumata görə, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1043 nəfərindən 529-nun istifadəçi olması müəyyən edilibvə bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Hesabat dövründə 1234 nəfər stasionar müalicədə olub. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 773 xəstə müalicə alır.

16 May 2021 17:51 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə