Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda son sutkada 472 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 472 yeni yoluxma faktı qeydə alınıb, 1 122 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Xalq qəzeti"nə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 329 843 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 314 900 nəfər müalicə olunaraq sağalıb, 4 779 nəfər vəfat edib, aktiv xəstə sayı 10 164 nəfərdir.

Ölkədə son sutka ərzində 8 374, hazırkı dövrədək isə 3 384 053 test aparılıb.

16 May 2021 16:54 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə