Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çelyabinsk-Bakı aviareysinin bərpasına dair ilkin razılıq əldə olunub

Rusiyanın Çelyabinsk hava limanından Bakıya birbaşa uçuşların bərpası ilə bağlı ilkin razılaşma əldə olunub.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə TASS Çelyabinsk aeroportuna istinadən xəbər verir.

Məlumata görə, Çelyabinsk hava limanından beynəlxalq aviadaşımaların bərpası ilə bağlı artıq qərar qəbul edilib və iki istiqamət üzrə (Yerevan və Bişkek) reyslərin bərpası artıq razılaşdırılıb.

Qeyd olunur ki, Çelyabinsk-Bakı-Çelyabinsk, Çelyabinsk-Almatı-Çelyabinsk (hər ikisi müntəzəm) və Çelyabinsk-Monastir (Tunis, çarter reysləri) istiqamətlər üzrə reyslərin yerinə yetirilməsi ilə bağlı ilkin razılıq əldə edilib.

16 May 2021 15:28 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə