Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəyə göndərilən 5 qazi sağalaraq Vətənə qayıdıb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb.

Fonddan "Xalq qəzeti"nə verilən məlumata görə, qazilərimiz - Cəfərov Namiq Fərhad oğlunun, Atakişiyev Yusif Fariz oğlunun, Kazımov Kənan Çinar oğlunun, Əlizadə Şəhriyar Mirağa oğlunun və Ələkbərov İlkin Elçin oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 64 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Allah qazilərimizə şəfa versin!

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

16 May 2021 14:44 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə