Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə sabahdan mərhələli yumşalma başlayacaq

Rusiyanın "Nordwind"aviaşirkəti may ayının sonunadək dörd şəhərdən Bakıya uçuşları bərpa etmək niyyətindədir.

"Xalq qəzeti" aviaşirkətin rəsmi məlumatına istinadən xəbər verir ki, mayın 18-dən etibarən (çərşənbə axşamı) Sankt-Peterburq-Bakı aviareysi üzrə uçuşlara başlanılacaq. Sonradan sözügedən marşrut üzrə uçuşlar həftənin cümə günləri yerinə yetiriləcək.

Mayın 19-dan etibarən "Nordwind"Nijni Novqorod-Bakı (çərşənbə, daha sonra cümə axşamı günləri) və Kazan-Bakı (çərşənbə, daha sonra bazar ertəsi günləri), mayın 20-dən isə Rostov-Bakı aviareysi üzrə birbaşa uşulara başlayır.

"Epidemioloji vəziyyət dəyişdikdə və beynəlxalq hava əlaqəsi bərpa olunduqca, Azərbaycanın paytaxtına uçuşların tezliyi artırıla bilər", - aviaşirkətin məlumatında deyilir.

16 May 2021 12:45 - İQTİSADİYYAT
İQTİSADİYYAT
19 İyun 2021 | 10:46
Təbii qaz ucuzlaşıb
19 İyun 2021 | 09:37
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə