Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocavənddə ermənilərin tərk etdiyi hərbi mövqelərdə silah-sursat aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Xalq qəzeti"nə verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində keçirilmiş növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən 4 ədəd müxtəlif çaplı pulemyot, 1 ədəd tank əleyhinə qumbaraatan, 5 ədəd əl qumbarası, 17 ədəd avtomat darağı və 600 ədəd müxtəli çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

16 May 2021 10:41 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə