Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

I sinfə qəbul üzrə elektron portalın fəaliyyəti yenidən aktivləşib

Birinci sinfə şagird qəbulu üzrə elektron portalın (www.mektebeqebul.edu.az) fəaliyyəti yenidən aktivləşib.

Təhsil Nazirliyindən "Xalq qəzeti"nə verilən xəbərə görə, bayram günləri ilə əlaqədar portalın fəaliyyəti mayın 8-i saat 18.00-dan müvəqqəti dayanmışdı. Portal fəaliyyətini bu gün saat 09:00-dan aktivləşdirib.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

16 May 2021 10:09 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə