Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Ramazan bayramı ilə bağlı paylaşım edib.

 "Xalq qəzeti" xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Təsviredilməz qürur və sevinc hissi ilə bizim doğma Şuşa şəhərimizdən hər birinizə ən xoş arzularımı və müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərimi çatdırıram! Qoy, insanları sülhə, birliyə, həmrəyliyə, xeyirxahlığa və mənəvi kamilliyə dəvət edən bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!

Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm. Onların doğma və yaxınlarına səbir diləyirəm. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!

Bütün dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm, Allahdan onların dua və oruclarının qəbul olunmasını diləyirəm.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.

13 May 2021 09:05 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə