Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan cüdoçuları beynəlxalq turnirdə ikinci olub

Rusiyanın paytaxtı Moskvada usta cüdoçular arasında beynəlxalq turnir keçirilib.

"Xalq qəzeti" xəbər verir ki, 15-ci dəfətəşkil olunan nüfuzlu yarışda Rusiya, Yunanıstan, İspaniya, Gürcüstan, Ermənistan, Belarus, Monqolustan, Qırğızıstan, Tacikistan, Özbəkistan idmançıları ilə yanaşı, Azərbaycanın veteran cüdoçuları da mübarizə aparıblar.

1/8 finalda Ermənistan komandasını 5:0 hesabı ilə məğlub edən usta cüdoşularımız 1/4 finalda Qırğızıstana 5:0, 1/2 finalda isə Tacikistan millisinə 3:2 hesabı ilə qalib gələrək finala çıxıblar.

Finalda meydan sahibləri Rusiya komandasına 2:3 hesabı ilə uduzan millimiz beynəlxalq turnirin gümüş medalını qazanıb.

Belarus və "RROS Qvardiya" komandaları bürünc medallara sahib olublar.

Sonda yarışın mükafatçılarına kuboklar, medallar və diplomlar təqdim edilib.

16 May 2021 09:00 - İDMAN
İDMAN
20 İyun 2021 | 00:35
Dünyanın ən populyar adamı
19 İyun 2021 | 01:02
UEFA-nın açıqlaması
19 İyun 2021 | 00:42
Hollandiya pley-offda

Köhnə versiyamızdan xəbərləri izlə