Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Başçısı: Biz bu günü bizim qəhrəman hərbçilərimizə, Azərbaycan xalqına borcluyuq

“Bu il uzun fasilədən sonra birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunur”.

 

 

"Xalq qəzeti" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Xarıbülbül” festivalının açılışında deyib.

 

Dövlət başçısı qeyd edib ki, biz bu günü bizim qəhrəman hərbçilərimizə, Azərbaycan xalqına borcluyuq: “Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində şəhid olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək”.

 

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

12 May 2021 15:20 - SİYASƏT
SİYASƏT
20 İyun 2021 | 00:21
Dost gəlişi bayram olur

Köhnə versiyamızdan xəbərləri izlə