Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Uzun fasilədən sonra Cıdır düzündə, hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir

“Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar gündür. Uzun fasilədən sonra Cıdır düzündə, hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

"Xalq qəzeti" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Xarıbülbül” festivalının açılışında deyib.

Dövlət başçısı bildirib ki, biz bu günü səbirsizliklə 30 il gözləmişik: “30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik”.

12 May 2021 15:16 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə