Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN: Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

DİN-in mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

 

Ötən gün respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb.

 

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

12 May 2021 12:24 -
17 İyun 2021 | 18:09
Sabahın HAVA PROQNOZU
12 İyun 2021 | 16:00
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə