Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Boks üzrə dünya çempionatının tarixi dəqiqləşib

Serbiyanın paytaxtı Belqradda bu il kişi boksçular arasında keçiriləcək dünya çempionatının tarixi dəqiqləşib.

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə məlumatı AİBA açıqlayıb.

Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar çətin durum olsa da, boksun inkişafı davam etdirilməlidir. Bu səbəbdən də mundialın oktyabrın 26-da start götürüb və noyabrın 6-da başa çatdırılması qərara alınıb.

Qeyd edək ki, sonuncu dünya çempionatı 2019-cu ildə Rusiyanın Yekaterinburq şəhərində baş tutub. 2023-cü ildə isə mundiala Özbəkistanın paytaxtı Daşkənd ev sahibliyi edəcək.

11 May 2021 12:55 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə