Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Taliban” Ramazan bayramına görə atəşkəs elan etdi

“Taliban” silahlılara tətildə heç bir hücum etməmək tapşırığı verildiyini açıqlayıb.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayır.

Qeyd olunur ki, “Taliban” yaraqlıları hökumətin nəzarəti altındakı bölgələrə, eləcə də hökumət qüvvələri “Taliban” tərəfindən nəzarət edilən bölgələrə gedə bilməzlər.

Açıqlamada insanların tətilini dinclik və təhlükəsizlik şəraitində keçirmələri üçün atəşkəs qərarının alındığı və atəşkəs zamanı qarşı tərəfdən edilən hər hansı bir hücuma cavab veriləcəyi də vurğulanıb.

“Taliban” tərəfinin atəşkəs qərarı ilə əlaqədar hökumət tərəfindən hələ bir açıqlama verilməyib.

Əfqanıstan hökumətinə görə, xarici qüvvələrin təxminən 10 gündür geri çəkilməyə başlamasından sonra ölkədə şiddət xeyli artıb.

11 May 2021 09:25 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 İyun 2021 | 06:15
Borc ödənilib
17 İyun 2021 | 06:14
Dövlətabad geri qaytarılıb
17 İyun 2021 | 06:12
PKK üzvləri həbs edilib

Köhnə versiyamızdan xəbərləri izlə