Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“SpaceX” daha 60 peyki orbitə buraxıb

“SpaceX” şirkətinə məxsus “Falcon 9” daşıyıcı roketi daha 60 peyki Yerin orbitinə çıxarıb.

"Xalq qəzeti" xəbər verir ki, milyarder İlon Maskın şirkəti prosesi öz “Twitter” səhifəsində canlı yayımlayıb.

Peyklərin buraxılışı Floridadakı Kannaveral burnundakı kosmodromdan həyata keçirilib. Peyklər “Starlink” peyk interneti platforması üçün nəzərdə tutulub. Layihənin ilk mərhələsində 12 min peykin kosmosa göndəriləcəyi bildirilib.

Qeyd edək ki, artıq kosmik peyk interneti adi istifadəçilər arasında test edilir. Şəbəkəyə qoşumaq üçün 499 dollarlıq avadanlıq və 99 dollarlıq abunə haqqı tələb olunur. İnternetin sürətinə gəlincə, onun 50-150 mbit arası olacağına təminat verilir.

10 May 2021 10:05 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə