Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusa yoluxanların ümumi statistikası açıqlanıb

Dünyada 158 970 290 nəfərdə koronavirus aşkarlanıb.

"Xalq qəzeti" xəbər verir ki, virusdan 3 306 746 xəstə ölüb, 136 517 897 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (33 476 781 nəfər), Hindistan (22 662 575 nəfər), Braziliya (15 184 790 nəfər), Fransa (5 777 087 nəfər) və Türkiyədir (5 031 332 nəfər).

İranda 2 654 811, Gürcüstanda 321 919, Ermənistanda isə 219 270 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (113 326 nəfər), İranda (74 910 nəfər) və Türkiyədə (43 029 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 326 716 nəfərin 4 680-i ölüb, 306 119 xəstə sağalıb.

10 May 2021 09:46 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə