Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antonio Quterreşin müraciəti

“Ekstremal hava şəraiti, təbii kataklizmlər, rekord temperaturlar və karbon qazının yüksək konsent­rasiyası bəşəriyyət uçurum həddindədir”. “Nat. geo.ru” portalının yaydığı məlumata görə, bunu Almaniyanın Petersberq şəhərində keçirilən, iqlim problemlərinə həsr edilmiş konfransda BMT-nin Baş katibi Antonio Quterreş dünya ölkələrinə belə müraciətlə xəbərdarlıq edərkən belə deyib.

 

Baş katib deyib: “Ötən il dünyada havanın orta temperaturu sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,2 dərəcə yüksək olub. Bu, çox təhlükəlidir, çünki həmin göstərici elmi birlik tərəfindən müəyyən edilmiş 1,5 dərəcə həddinə yaxındır”.

O qeyd edib ki, əgər beynəlxalq birlik bütün qüvvələrini iqlim dəyişmələrinə qarşı mübarizəyə səfərbər etməsə, XXI əsrin sonunda orta illik temperatur sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 2,4 dərəcə yüksək ola bilər, yəni fəlakətli nəticələr baş verər.

Daha sonra Quterreş vurğulayıb: “Lakin biz əlbir olsaq, iqlim dəyişmələrinin ağır nəticələrindən xilas ola bilərik. Biz koronavirus pandemiyasından sonra yaranacaq imkanlardan istifadə etməli və iqtisadiyyatı ekoloji cəhətdən təmiz model üzrə yenidən qurmalıyıq”.

Vurğulanıb ki, iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinə lazımi maliyyə dəstəyi göstərilmir. Bu gün belə tədbirlər üçün hər il 16,8 milyard dollar ayrılır, halbuki təkcə inkişaf etməkdə olan ölkələrə hər il azı 70 milyard dollar lazımdır.

Baş katib “Böyük yeddiliyin” gələn ay keçiriləcək zirvə toplantısında iştirak edəcək dünya liderlərinə müraciət edərək onları zəruri həcmdə vəsait ayrılması barədə razılığa gəlməyə və inkişaf etməkdə olan ölkələrə, ilk növbədə kiçik ada dövlətlərinə dəstək göstərməyə çağırıb.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

9 May 2021 00:39 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 İyun 2021 | 06:15
Borc ödənilib
17 İyun 2021 | 06:14
Dövlətabad geri qaytarılıb
17 İyun 2021 | 06:12
PKK üzvləri həbs edilib

Köhnə versiyamızdan xəbərləri izlə