Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

CEN PSAKI: ABŞ Rusiya ilə sabit münasibətlər qurmaq niyyətindədir

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək istəmir, ancaq bunun üçün əsaslar yaranarsa, bu hüququ özündə sax­layır. Bu barədə Ağ evin mətbuat katibi Cen Psaki bəyan edib. Məlumatı “İzvestiya.ru” verib.

Onun sözlərinə görə, Vaşinqton uzunmüddətli perspektivdə Moskva ilə daha arzuolunan və sa­bit münasibətlər qurmaq niyyətindədir. Bununla belə, ABŞ-ın suverenliyi üçün təhlükəli addımlar atılarsa, o zaman milli maraqlar qoruna­caq.

Bir qədər əvvəl, aprelin 28-də ABŞ Prezidenti Co Bayden Konqresdə çıxışı zamanı bildirmişdi ki, ölkəsi Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışmır, ancaq münaqişəli vəziyyət yaranacağı təqdirdə Moskvaya qarşı addımlar atılacaq. O, əlavə etmişdi ki, hər iki ölkə ümumi maraqlar çərçivəsində əməkdaşlıq edə bilər.

Mayın 6-da isə RF XİN başçısı Sergey Lavrov demişdi ki, Qərbin Moskva əleyhinə qəbul edəcəyi istənilən yeni sanksiya cavabsız qalmaya­caq. Onun sözlərinə görə, ha­zırda Qərb ölkələri, ABŞ, eləcə də Avropa İttifaqı tərəfindən qəbul edilmiş məhdudiyyətlərə cavab verilir.

Psaki onu da qeyd edib ki, ölkəsi ABŞ və Rusiya liderləri Co Bayden və Vladimir Putin arasında mümkün görüşün ikitərəfli münasibətlərin irəli aparılmasında yaxşı addım olacağına inanır: “Bu, gərginliyi aradan qaldırmaq, gələcəkdə münasibətlərimizin daha sabit olacağına təminat almaq üçün irəliyə doğru atılmış yaxşı addım olardı”. Ağ ev rəsmisi deyib ki, hələ iki ölkə liderlərinin sammitini hazırla­maqla bağlı heç bir təsdiqedici məlumat yoxdur. Xatırladaq ki, aprelin 13-də Bayden Putinlə telefon söhbətində görüşməyi təklif edib. Mayın 7-də ABŞ Prezidenti belə bir görüşün təşkil ediləcəyinə inandığını söyləyib. Keçmiş ABŞ məmurları isə bu görüşün Çexiya, İslandiya, Sloveniya, yaxud Azərbaycanda keçirilə biləcəyini qeyd etmişdilər.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

9 May 2021 00:39 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 İyun 2021 | 06:15
Borc ödənilib
17 İyun 2021 | 06:14
Dövlətabad geri qaytarılıb
17 İyun 2021 | 06:12
PKK üzvləri həbs edilib

Köhnə versiyamızdan xəbərləri izlə