Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nəqliyyat və Texniki-Təminat İdarəsi” Publik Hüquqi Şəxsin 2020-ci il yanvarın 1-dən dekabrın 31-dək maliyyə hesabatı

 

manatla

AKTİVLƏR

31 dekabr 2020-ci il

31 dekabr 2019-cu il

Qısamüddətli aktivlər

Pul vəsaitləri və onların ekvivalentləri

4937.00

Qısamüddətli debitor borcları

1748.00

Ehtiyatlar

169526.00

182647.00

Sair qısamüddətli maliyyə aktivləri

Sair qısamüddətli aktivlər

Cəmi qısamüddətli aktivlər

176211.00

182647.00

Uzunmüddətli aktivlər

Sair uzunmüddətli maliyyə aktivləri

Torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər

6376281.00

7935963.00

Qeyri-maddi aktivlər

Sair uzunmüddətli qeyri-maliyyə aktivləri

Cəmi uzunmüddətli aktivlər

6376281.00

7935963.00

CƏMİ AKTİVLƏR

6552492.00

8118610.00

ÖHDƏLİKLƏR

Qısamüddətli öhdəliklər

Qısamüddətli kreditor borcları

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

Sair qısamüddətli öhdəliklər

4937.00

Cəmi qısamüddətli öhdəliklər

4937.00

Uzunmüddətli öhdəliklər

Uzunmüddətli kreditor borcları

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

Cəmi uzunmüddətli öhdəliklər

Cəmi öhdəliklər

4937.00

Xalis aktiv (kapital)

Ödənilmiş nizamnamə (nominal) kapitalı

Geri alınmış kapital (səhmlər)

Kapital ehtiyatları

6547555.00

8118610.00

Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

Cəmi xalis aktivlər (kapital)

Cəmi xalis aktivlər (kapital) və öhdəliklər

6552492.00

8118610.00

       

 

Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

Gəlirlər

1870315.00

1870398.00

Qeyri-birja əməliyyatlarından gəlir

Birja əməliyyatlarından gəlir

Sair əməliyyat gəlirləri

Cəmi gəlirlər

1870315.00

1870398.00

Xərclər

Əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları

597246.00

591472.00

Maliyyə yardımları və sair transfer ödənişləri

 

Kommersiya xərcləri

Sərf edilmiş materialların dəyəri

660610.00

673854.00

Amortizasiya xərcləri

1587193.00

1980533.00

Sair əməliyyat xərcləri

584948.00

571880.00

Maliyyə xərcləri

3429997.00

3817739.00

Cəmi xərclər

Ümumi mənfəət (zərər)

(1559682.00)

(1947341.00)

Əmlakın əvəzsiz verilməsindən (alınmasından) itkilər (qazanc)

Kapital ehtiyatları

Xalis mənfəət

 

“Nəqliyyat və Texniki-Təminat İdarəsi” PHŞ-nin idarə heyətinin sədri Rəhimov Ehtiram Bəşir oğluna

Biz, “Nəqliyyat və Texniki-Təminat İdarəsi” PHŞ-nin 2020-ci il yanva­rın 1-dən dekabrın 31-dək təqdim edilən balans hesabatı və həmin tarixdə tamamlanan il üzrə mənfəət və zərər hesabatı, kapitalda dəyişikliklər hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatından ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti

1. Hazırkı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə rəhbərlik məsuliyyət daşıyır. Bu məsuliyyətə aşağıdakılar daxildir:

– səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı;

– maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün mü­vafiq daxili nəzarət sisteminin yaradılması, tətbiq edilməsi və davam etdirilməsi;

– müvafiq uçot siyasətinin seçilməsi və tətbiq edilməsi;

– şəraitdən asılı olaraq məqbul uçot təxminlərinin irəli sürülməsi.

Auditorun məsuliyyəti

2. Bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən maliyyə hesabatlarına aid rəy bildirməkdən ibarətdir. Sənədlərin düzgünlüyünə sifarişçi məsuliyyət daşıyır. Biz audit yoxlamamızı Beynəlxalq Audit Standartları əsasında apardıq. Həmin standart tələblərinə görə, biz etik normalara əməl etməli və auditi elə şəkildə planlaşdırmalı və aparmalıyıq ki, maliyyə hesabatla­rında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olaq.

3. Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlama­lar barədə auditor sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizələrindən, səhvlər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxili nəzarət sisteminin səmərəliliyinə aid rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənib hazırlanması məqsədilə müəssisə tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi məqsədilə müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, audit yoxlamasına mövcud uçot siyasətinin uyğunluğunun və rəhbərliyin uçot təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

4. Bizcə, əldə etdiyimiz audit sübutları rəyimizi bildirmək üçün kifayət qədər əsas verir.

Rəy

5. Bizim fikrimizcə, təqdim edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Nəqliyyat və Texniki-Təminat İdarəsi” PHŞ-nin 2020-ci il yanvarın 1-dən dekabrın 31-dək maliyyə vəziyyətini və həmin tarixdə tamam­lanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesa­batlarının Beynəlxalq Standartlarına uyğun olaraq balansda düzgün əks etdirlir.

“YENİ ZAMAN-AUDİT” MMC-nin auditoru Hüseyn Cəbiyev

Bakı şəhəri 9 mart 2021-ci il

9 May 2021 00:32 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 İyun 2021 | 06:07
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə