Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Yay Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq dövründə idmançıların bioloji aktiv əlavələrlə zəngin olan idman qidaları və bərpaedici vasitələrlə təmin edilməsinin satınalınması üçün təkliflər sorğusu proseduru keçirir

 

 

Prosedur iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağı­dakı meyarlar nəzərə alınacaqdır:

Aşağı qiymət, malların çatdırılma müddəti, tələb olunan ilkin ödəniş.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4656503 nömrəli telefona müraciət edə bilərlər: İddiaçılar 200 (iki yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra əsas şərtlər toplusunu Azərbaycan Res­publikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, III mərtəbə, kütləvi bədən tərbiyəsi və texniki idman sektoru) ala bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarıl­mır.

Prosedurda iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Bank – Dövlət Xəzinədarlığı Agentliyi

Kod – 210005

M/h – AZ­41NABZ01360100000000003944

VÖEN – 1401555071

SWIFT – CTREAZ22

Alan müştəri – Azərbaycan Respublika­sının Gənclər və İdman Nazirliyi

H/h – AZ50C­TRE00000000000002147771

VÖEN – 1500171121

Büdcə səviyyəsinin kodu – 7

Təsnifat kodu – 142330

İddiaçılar prosedurda iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

– iştirak etmək üçün yazılı müraciət;

– iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri,

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması barədə müvafiq orqanlar tərəfindən verilmiş arayış;

– analiz sertifikatı;

– tərkib sertifikatı;

– spesifikasiya sertifikatı;

– beynəlxalq sertifikatlar (ISO, GMP) ;

– sərbəst satış sertifikatı (Free Sale Certificate);

– istehsalçı tərəfindən anti-doping state­ment;

– son iki il ərzində yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

– “əsas şərtlər toplusu”nun tələblərinə uyğun başqa məlumatlar;

– təklif (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

– təklifin 1 faizi məbləğində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.

İddiaçılar təkliflər sorğusu prosedurunda iştirak üçün yuxarıda göstərilən sənədləri 19 may 2021-ci il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və bank zəmanətini 26 may 2021-ci il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissi­yasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilən zərflər qəbul olunmayacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 27 may 2021-ci il saat 11.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası

9 May 2021 00:11 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 İyun 2021 | 06:07
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə