Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR

 

 

Tender 2 lot üzrə keçiriləcəkdir.

Lot – 1. Nəqliyyat vasitələri və maşın-mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması.

Lot – 2. Tikinti materiallarının satın alın­ması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmaları­nın vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs - Qələndərov Ramin Ramiz oğlu.

Ünvan - Tovuz rayonu, Düz Cırdaxan kəndi.

E-mail: [email protected]

Telefon- 055-620-20-01.

Maraqlananlar tenderin əsas şərtlər toplu­sunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba müəyyən məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.

İştirak haqqı hər bir lot üçün 100 manatdır.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat- Tovuz Suvarma Sistemləri İdarəsi

Bank rekvizitləri:

Bank-Dövlət Xəzinədarlığı Agentliyi

• VÖEN- 1401555071

• Kod- 210005

• M/h- AZ 41NABZ01360100000000003944

S.W.İ.F.T: BİK CTREAZ 22

• H/h- AZ45C TRE00000000000002353501

• VÖEN- 7300168331

• Əlavə qeyd- Tovuz SSİ-nin xüsusi hesabı

• BSK-7 Depozit və tapşırıqlar (mərkəzi)

• BTK-142330

Malgöndərənlər (podratçılar) iddiaçı statu­su almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıl­dığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədəolma müddəti ten­der təklifinin qüvvədəolma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.

Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

-Vergilər Nazirliyi tərəfindən həmin iddiaçı­ların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;

-Sosial Müdafiə Fonduna borcu olub-olma­ması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 4 iyun 2021-ci il saat 10.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 15 iyun 2021-ci il saat 18.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 16 iyun 2021-ci il saat 10.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

9 May 2021 00:31 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 İyun 2021 | 06:07
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə